Üzgüçülərimiz Çexiyada 10 medal qazanıblar

post-img

Azərbaycan üzgüçüləri Çexiyada Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurla iştirak ediblər. Avropanın su idman növləri inkişaf etmiş 16 ölkəsindən idmançıların qatıldıqları yarışı millimiz 10 medalla başa vurub. 

Belə ki, yığmamızın üzvlərindən Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əb­dürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş medal qazanıblar.

İdman