İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyanın nümayəndələri ilə görüş

post-img

BMT-nin İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyasının Koordinasiya və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş prokurorun birinci müavini Elçin Məmmədov Birinci Qarabağ müharibə­si zamanı itkin düşmüş 3890 azərbay­canlının taleyinə bu günə kimi aydınlıq gətirilmədiyini, onlar barədə Ermənistan tərəfindən hələ də müfəssəl məlumatla­rın təqdim olunmadığını qeyd edərək, bu xüsusda ICMP ilə əməkdaşlığa bö­yük önəm verildiyini vurğulayıb.

Andreas Kleyzer hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və insanlıq əleyhinə törədilmiş cinayətlərin müəyyən edil­məsi sahəsində uzun illərə dayanan təcrübəyə malik komissiyanın Azərbay­can rəsmiləri ilə sıx əməkdaşlığa hazır olduğunu, xüsusilə, prokurorluq orqan­larının bu sahədə aparıcı rol oynadığını bildirib.

Sosial həyat