“Neftçi” futbol klubu cərimələnib

post-img

“Neftçi” futbol klubu 5 min 600 manat məbləğində cərimələnib. AFFA-nın İntizam Komitəsi Bakı təmsilçisini “Qəbələ”yə uduzduğu Azərbaycan kuboku yarışlarının final oyununda baş verənlərə görə cəzalandırıb. 

Belə ki, “Neftçi” görüş başa çatdıq­dan sonra azarkeşlərin meydana kə­nar əşyalar atması səbəbindən 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifa­dələr işlətməsinə görə isə 4 min manat ödəməli olacaq.

İdman