Paytaxt həndbolçuları qalib olublar

post-img

Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində ən güclü komandalar müəyyənləşib. “AHF Arena”da təşkil edilən yarışda 2008-2010-cu il təvəllüdlü oğlanlar və qızlar qüvvələrini sınayıblar.

Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən “Bakı-2” (2 saylı RİOEUGİM) qalib adını qazanıb. “Bakı-1” (6 saylı İOEUGİM) ikinci, Mingəçevir kollektivi üçüncü yeri tutub. Cəlilabad həndbolçuları sonuncu olublar.

Qızların mübarizəsi “Bakı-1”in (6 nömrəli İOEUGİM) qələbəsi ilə nəti­cələnib. “Bakı-2” (2 saylı RİOEUGİM-1) ikinci, Şirvan komandası üçüncü pillə­də qərarlaşıb.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman