Maqnit qasırğasına çarə...

post-img

Harada yaşamağımızdan asılı olmayaraq, hava dəyişən zaman orqanizmdə müəyyən problemlər yaranır. Maqnit qasırğası baş verəndə isə miqren və oynaqlarda ağrı daha da güclənir. 

Mütəxəssislərin fikrincə, həm uşaqlar, həm də böyüklər digər xroniki xəstəliklərinin olmasından asılı olmayaraq, belə havaya reaksiya verirlər. Üstəlik, onlarda, hətta kəskin reaksi­ya da baş verə bilər.

Tədqiqatçılar bildirirlər ki, maqnit qasırğasının orqaniz­mə təsirini azaltmaq üçün ən asan yol hava dəyişikliyindən bir gün əvvəl daha az aktiv olmaqdır. Həmin gün orqanizmə dəstək üçün bitki çayları içmək olar.

Maqnit fırtınaları zamanı tünd qara çay və təbii qəhvə­nin istifadəsini azaltmaq lazımdır. Bunun əvəzinə, bitki dəm­ləmələri içmək məsləhətdir.

Aşağı qan təzyiqi olan insanlar üçün cökə və gicitkən çayı ən yaxşı içki olacaq. Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ideal içki nanə, çobanyastığı, itburnu çayı və ya zəncəfil içki­sidir.

Dərman bitkilərinin qurudulmuş meyvələrini termosda dəmləmək də faydalıdır. Çay nə qədər çox dəmdə qalarsa, içiləndə miqren və əzalardakı ağrılar bir o qədər tez keçər.

Belə havalarda alkoqoldan uzaq durmaq məsləhətdir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat