Güclü külək əsəcək, yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin ver­diyi məlumata əsasən iyunun 7-də Bakı­da və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi göz­lənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.Gecə 16-21°, gündüz 23-27° isti olacaq. Atmosfer təz­yiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayon­larında bəzi yerlərdə arabir yağış yağa­cağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayon­larda arabir güclü olacaq. Havanın tem­peraturu gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya