Qazaxlar Vətənə dönəcəklər

post-img

2023-cü ilin iyul ayından etibarən etnik qazaxlara tarixi vətənlərinə asan yolla qayıtmaları üçün “Ata Joly” (“Əcdadlar yolu”) kartının verilməsinə başlanılacaq.

Bildirilib ki, yeni sənədin təqdim edilməsində məqsəd qazaxların doğma ölkələri ilə əlaqələrinin möhkəmlən­dirilməsi, milli adət-ənənələrin qorunub saxlanılmasıdır. 

Qazaxıstan hökuməti bu yolla uğurlu iş adamlarını da ölkə iqtisadiyyatına cəlb etmək fikrindədir. Kartı əldə edən şəxslər Qazaxıstana daxil olduqdan sonra, əvvəl yaşadıqları ölkələrin vətəndaşlığını itirməmək şərti ilə on il müddətinə yaşayış icazəsi alacaqlar. Həmçinin, kart sahibinə iş və ya biznes üçün də region seçmək hüququ veriləcək.

Qeyd edək ki, kart sahibinin Qazaxıstan vətənda­şından fərqli olaraq, respublikanın dövlət və yerli özü­nüidarəetmə orqanlarına seçmək və seçilmək, referen­dumda iştirak etmək hüququ yoxdur.

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya