Çində gerçək “Uçan boşqab”

post-img

Son həftələrdə gündəmdə olan “UFO” məsələsi Çində reallığa çevrilib. Filmlərdə görünən “uçan boşqab”dan bir qədər fərqli olsa da, “UFO” səmada görünüb. Söhbət dairə formasında elektriklə işləyən təyyarədən gedir. Bu təyyarə dizaynı ilə yerli əhalinin diqqətini çəkməyi bacarıb. Xəbəri “logll.com” saytı verib. 

“Uçan boşqab” ilk uçuşunu Çinin Şençjen şəhərin­dəki Talent Parkında edib. Təyyarənin ən fərqləndirici xüsusiyyəti sərnişinlərinə mərkəzdəki şəffaf sferik pilot kabinəsi ilə ətrafın unikal panoramik mənzərəsini təq­dim etmək qabiliyyətidir.

Digər tərəfdən, havada 15 dəqiqə qala bilən “uçaq” (türk qardaşlarımız təyyarəni belə adlandırırlar-müəllif) 200 metrə qədər uçuş hündürlüyü və saatda 50 kilo­metr sürət təklif edir. Daxilində 12 mühərriki olan təy­yarə su səthlərinə enib-qalxa bilir. Hazırda turizm və reklam məqsədləri üçün istifadə olunur. Hələlik kütləvi istehsal kimi hədəfi yoxdur.

Ə.ƏFSANƏ, “Xalq qəzeti”

Dünya