NASA-nın UNO açıqlaması

post-img

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) uçan naməlum obyektlərin (UNO) mövcudluğu ilə bağlı ictimai toplantı keçirib. 

“Amerikanın səsi” radiosu xəbər verir ki, NASA əməkdaşları toplantı zamanı UNO-ya aid olduğu de­yilən videogörüntülər paylaşıblar. ABŞ-a məxsus PUA tərəfindən lentə alınan görüntülərdə metal kürənin sürətlə hərəkət etdiyi aydın görünür. 

Beləliklə, NASA UNO-ların varlığını rəsmi olaraq qəbul edib. Məsələ burasındadır ki, NASA rəhbərliyi uzun illər boyu UNO-nun mövcudluğunu qəbul etmirdi. 

“Xalq qəzeti”

Dünya