UEFA Avropa Liqası: “Yuventus”dan heç-heçə, “Roma”dan qələbə

post-img

“Setanta Sports”un məlumatına görə, UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları start götürüb. Bu mərhələnin hər iki qarşılaşması eyni gündə keçirilib. İtaliyada baş tutan oyunlar çərçivəsində Turinin “Yuventus” klubu doğma meydanda İspaniyanın “Sevilya” komandası ilə 1:1 hesablı heç-heçə edib, “Roma”  isə Almaniyanın “Bayer” klubuna qalib gəlib–1:0.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Elçin AĞAMİRZƏ,    
“Xalq qəzeti”

İdman