“Bernli” klubu Çempionşipin qalibi olub

post-img

Dünən İngiltərədə “Blekbern Rovers” komandasına minimal hesabla (1:0) qalib gələn “Bernli” klubu İngiltərənin ikinci liqası sayılan yarışın (Çempionşip) qalibi olub. “TümSpor”un məlumatına görə, Vensan Kompaninin komandası 44 oyundan 95 xal toplayıb. Turnir cədvəlində ikinci pillədəki “Şeffild Yunayted” isə 42 oyundan sonra 82 xal toplayıb. Beləliklə, son 2 turun nəticəsindən asılı olmayaraq, lider mövqeyini dəyişməyəcək.
Qeyd edək ki, daha əvvəl “Bernli” komandası yeni mövsümdən Premyer Liqada birbaşa oynamaq hüququ qazanmışdı. Komanda 2021/2022 mövsümünün yekununa əsasən həmin yarışı tərk etmişdi.
Onu da əlavə edək ki, “Benli” klubuna qələbəni qazandıran yeganə qolu 66-cı dəqiqədə Manuel Benson vurub. Oyundan sonra Vensan Kompaninin yetirmələri çempionluğu qeyd ediblər.

 
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

 

İdman