Sumqayıtda üç avtomobil toqquşub

post-img

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XQ-nin məlumatına görə, yol qəzası şəhərin İsmət Qayıbov küçəsində baş verib.

Belə ki, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alanlar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisə