Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2900 m² (hər mərtəbəsi 1450 m²) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsindəki taxta sexinin içərisində yığılan taxta materialları yanıb. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib.
Məlumata görə, yanğından mühafizə qüvvələri gələnə qədər yanğın 7 m² sahəni əhatə edib. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Obyekt yanğından mühafizə olunub.
Ağdaş rayonunun Qaradeyin kəndində isə ümumi sahəsi 36 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 2,5 ton ot bağlaması və bitişik ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yanğın söndürülüb.
P.ƏMİRCANOV
XQ