Ermənistanda qəzada 11 nəfər ölüb

post-img

Ermənistanın İrəvan-Gümrü avtomobil yolunda mikroavtobusun iştirakı ilə baş verən qəzada 11 nəfər ölüb. Bu barədə "Sputnik Ermənistan" Daxili İşlər Nazirliyinin regional xidmətinə istinadən məlumat yayıb.

Landcik kəndi yaxınlığında "Volkswagen" markalı sərnişin mikroavtobusu və "ZİL" markalı yük maşını toqquşub.

Qəza 11 nəfərin həyatına son qoyub, daha 6 yaralı xəstəxanaya yerləşdirilib və xəstəxanadadır.

Qəzanın səbəbləri araşdırılır. 

 

Hadisə