AMEA Mərkəzi Elmi Kitabxanasında Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır:
· Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər;
· Akademik kitabxanalar rəqəmsal informasiya mühitində;
· Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə;
· Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus
Tezislərin göndərilməsinin son tarixi 20 oktyabr 2025-ci il
Məqalələr [email protected] ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal şəklində nəşr olunacaq.