Şərqşünaslıq İnstitutunda “Munisnamə” təsəvvüfə dair mənbə kimi” adlı kitab çapdan çıxıb

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevanın “Munisnamə” təsəvvüfə dair mənbə kimi” adlı kitabı çapdan çıxıb.

Daha öncə Azərbaycan ədəbi mühitinə nisbətən gec təqdim edilmiş XII əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri mövzusunda fəlsəfə doktorluğu müdafiə etmiş, bu mövzuda “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri: mənbələr və paralellər” adlı monoqrafiyanın müəllifi olan və “Munisnamə”ni fars dilindən tərcümə edərək Azərbaycan oxucusuna çatdıran Rəna Rzayeva bu dəfə bu klassik ədəbiyyat nümunəsinin təsəvvüflə bağlı III və IV fəsillərinin Əli ibn Osman əl-Cülabi əl-Hücvirinin “Kəşf əl-məchub” və Fəriddəddin ibn Məhəmməd Əttarın “Təzkirətül-övliya” əsərləri ilə müqayisəli təhlilini təqdim edib.

“Munisnamə” yazıldığı dövrdə müsəlman Şərqinin mədəni-mənəvi və sosial-siyasi həyatına təsir göstərən ən mühüm amillərdən biri sufizm olub.  Təqdim edilən tədqiqatda sufilərlə bağlı maraqlı məqamlara toxunulur, İslam təsəvvüfünün böyük simalarının, ümumilikdə 72 məşhur sufinin tərcümeyi-halı verilir və onlara dair əl-Hücviri və Əttarın da yazdıqları ilə müqayisələr aparılır.

Elm