BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

post-img

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin (KFSMİK) Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space – COPUOS) 62-ci sessiyasında iştirak edib.

BDU-dan  bildirilib ki, Vyana şəhərində keçirilən sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, BDU-nun rektoru Elçin Babayev bir neçə ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək, universitetin elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində müzakirələr aparıb. Görüşlər zamanı universitetin müxtəlif elm sahələrində həyata keçirdiyi layihələr, potensial əməkdaşlıq imkanları və birgə tədqiqat proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

BMT-nin adıçəkilən Elm və Texnika Altkomitəsinin sessiyası qlobal kosmik siyasətin formalaşdırılması, yeni elmi və texnoloji nailiyyətlərin paylaşılması və ölkələr arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma hesab edilir.

Elm