Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq.
AMEA-dan bildirilib ki, bunu beynəlxalq konfransın iştirakçısı, Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien bildirib.
Aktual məsələlərin müzakirəsi baxımından Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransı yüksək qiymətləndirən qonaq bu tədbirin bütün iştirakçılar üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, tədbirdə “Vyetnam və İtalyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma” mövzusunda məruzə ilə çıxış etdiyini deyib.
Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən Nguyen Van Çien Bakıda qədim ənənələrin müasirliklə ahənginin onda xoş təəssüratlar oyatdığını bildirib.