“Tanı, oxu, tanıt” layihəsi Bakı Qızlar Universitetində

post-img

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində Bakı Qızlar Universitetində tədbir keçirilib. 

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Sevinc Rəhimova qonaqları salamlayaraq insan mənəviyyatının inkişafında bədii sözün əhəmiyyətindən danışıb. Sonra DGTYB-nin fəaliyyəti ilə bağlı videoçarx izlənilib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıya, birliyin başqanı, şair-publisist İntiqam Yaşara, İdarə Heyətinin üzvləri  şair Elvin İntiqamoğluna, Yusif Nazimə, başqan müavini, şair-publisist Ayşən Rəhimə söz verilib. Onlar DGTYB-nin ədəbi layihələri çərçivəsində çap olunmuş “Ədəbi toplu-2024” adlı kitabda yer almış şeirlərini səsləndiriblər. Daha sonra Bakı Qızlar Universiteti Tələbə Gənclər Təşkilatının bədii qiraət klubunun üzvləri  şairlərin şeirlərindən nümunələr səsləndirib, müxtəlif musiqilər ifa ediblər. 

Sonda bütün iştirakçılara DGTYB-nin nəşrləri hədiyyə edilib. Tədbirdə fəallıq göstərən tələbələrə diplomlar verilib.

Rizvan FİKRƏTOĞLU

XQ





Elm