Çağrı Mərkəzi fəaliyyətə başladı

post-img

İqlim konfransına hazırlıq prosesinin tamamlanması ərəfəsində konfrans iştirakçıları üçün məlumat dəstəyinin təmin edilməsi məqsədilə COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən bununla bağlı verilən məlumatda qeyd edilib ki, iqlim konfransları tarixində ilk dəfə məhz Bakıda yaradılan Çağrı Mərkəzinin məqsədi burada iştirakçıların müxtəlif istiqamətlərlə bağlı sorğularının operativ geçəkləşdirməkdir.

Noyabrın 1-dən fəaliyyətə başlayan Çağrı Mərkəzi iştirakçıların akkreditasiya və Yaşıl Zona biletləri, nəqliyyat, qonaqlama xidmətləri, sağlamlıq, təhlükəsizlik, logistika kimi bir sıra mövzularda müxtəlif sorğularını cavablandırır, konfrans və əlaqəli məkanlarda əlçatanlıq xidmətləri haqqında məlumatlandırır.

Çağrı Mərkəzi ənənəvi zəng xidməti ilə yanaşı, müxtəlif rəqəmsal platformalar vasitəsilə də əlaqə yaratmaq imkanına da malikdir. Belə ki, iqlim konfransı ilə əlaqədar hər hansı sualı olan şəxslər COP29-un rəsmi internet səhifəsi üzərindən canlı çat, WhatsApp və Telegram üzərindən isə birbaşa əlaqə və ya yerli zənglər üçün ödənişsiz olan *1029 qısa nömrəsinə zəng edərək məlumat ala bilərlər. Bundan əlavə, ilkin mərhələdə Çağrı Mərkəzi, həmçinin İnteraktiv Səsli Cavab Sistemi və Chatbot kimi özünəxidmət vasitələri ilə də məlumatlandırma xidmətlərini göstərəcək.

 

Ekologiya