Olimpiya Stadionunda “Mavi zona” 95 faizə çatıb

post-img

COP29 Əməliyyat Şirkəti Koordinasiya Şurasının üzvü İsmayıl İsayev iqlim konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunda “Mavi zona”nın 95 faizinin tamamlandığını bildirib. O, sessiyalar üzrə tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan bu zonanın BMT-nin tam nəzarətində olacağını vurğulayıb.

Şura üzvü deyib ki, COP29 Sədrliyinin təşkil etdiyi “Yaşıl zona” dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək: “Bu zona üçün müəyyən günlərdə biletlər ödənişsiz şəkildə satışa çıxarılacaq, ora ictimaiyyət üçün açıq olacaq.

“Yaşıl zona” müxtəlif sektor nümayəndələrinə konstruktiv dialoq aparmaq və səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün dinamik imkanlar yaradan inklüziv məkandır. Bu zona əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edəcək, həm dövlət, həm də özəl sektorun fəal və həlledici iştirakını gerçəkləşdirəcək, qlobal iqlim böhranı ilə mübarizə üçün həll yollarını, müasir texnologiya, qabaqcıl innovasiya və sahibkarlıq təşəbbüslərini nümayiş etdirəcək”.

Ekologiya