“Yaşıl” biznes standartı

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu “yaşıl” biznesin idarə edilməsi standartını təsdiqləyib.

Ölkədə korporativ “yaşıl” biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda “yaşıl” biznes modelinə keçidi asanlaşdıracaq, həmin qurumların qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına geniş imkanlar yaradacaq.

Yeni dövlət standartı, eyni zamanda, özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini daşıyır.

Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində “yaşıl” maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.

Ekologiya