Bibiheybət gəmi təmiri zavodu günəş enerjisi ilə işləyir

post-img

Bibiheybət gəmi təmiri zavodunda 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin məlumatında sistemin günəş panelləri, invertor, kabelləşmə, “SCADA” idarəetmə qurğusu və sayğacdan ibarət olması bildirilib. Qeyd edilib ki, buradakı invertor qurğusuna 10 il, günəş panellərinə isə 25 il zəmanət verilib.

Hesablamalara görə, Abşeronda il ərzində 2200–2400 saat günəşli hava şəraiti olur. Buna görə də zavodda quraşdırılan sistem vasitəsilə il ərzində 240–260 MVt elektrik enerjisinin istehsal edilməsi gözlənilir.

Ekologiya