Bankların “yaşıl” Fondu – 125 milyard dollar

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının  hesabatına əsasən,  2023-cü ildə dünyada fəaliyyət göstərən inkişaf bankları iqlim dəyişikliyi ilə mübarizəyə 125 milyard ABŞ dolları vəsait ayırıb ki, bu da rekord məbləğdir. 

Məlumata əsasən, həmin məbləğin 74,7 milyard ABŞ dolları aşağı və orta gəlirli ölkələrə yönəldilib, 46,9 milyard ABŞ dolları investisiya məqsədləri üçün kredit şəklində ayrılıb. 2022-ci ildə isə qlobal iqlim maliyyəsi 111,2 milyard ABŞ dolları təşkil edib ki, bunun da 60,9 milyard ABŞ dolları aşağı və orta gəlirli dövlətlərin payına düşüb.

Hesabata Afrika və Asiya və İslam inkişaf bankları, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurasının İnkişaf Bankı,   Avropa İnvestisiya Bankı (AIB),  Yeni İnkişaf Bankı və Dünya Bankı Qrupu daxil edilib.

 

Ekologiya