Müasir suvarma üsullarının tətbiqi bu sahədə itkiləri azaldır

post-img

Çinin iqlimə davamlı aqroekosistemlərin yaradılmasındakı uğuru suvarma problemi ilə üzləşən ölkələr, o cümlədən Azərbaycan üçün yaxşı nümunə ola bilər.

Bu barədə ölkə mediasına müsahibə­sində Çinin Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi üzrə eksperti Adnan Arşad bildirib. Ekspert Azərbaycanı nümunə göstərərək, suvarma problemi olan ölkələrdə tətbiq oluna biləcək bir neçə konkret metodun adını çəkib. Onun fikrincə, suya qənaət edən suvarma üsullarının tətbiqi sudan istifadəni optimallaşdırmağa və itkiləri azaltmağa kömək edir: “Bura damcı suvar­ma sistemi və çiləmə kimi üsulların tətbiqi daxildir. Bu cür üsullar suyu birbaşa bitki köklərinə çatdırır, buxarlanmanı minimu­ma endirir və istifadənin səmərəliliyini artırır”.

Ekspert, həmçinin suyun yığılması ilə bağlı texnologiyaların inkişaf etdirilməsi, əkinlərin şaxələndirilməsi, bilik mübadilə­si və məhsul təlimi proqramlarının təşviqi zərurətini də vurğulayıb: “İqlim, suyun mövcudluğu, yerli sosial-iqtisadi amillər nəzərə alınmaqla bu üsulların Azərbayca­nın konkret şərtlərinə uyğunlaşdırılması vacibdir”.

Bakıda keçiriləcək COP29-dan gözlən­tiləri barədə danışan A.Arşad qeyd edib ki, optimallaşdırılmış kənd təsərrüfatı sahəsi­nin maliyyələşdirilməsi ilə bağlı vəsaitlər artırılmalıdır. Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu ses­siyasının (COP29) təşəbbüsləri üçün artan maliyyə resurslarının prioritetləşdiriləcəyi və reallaşdırılacağı mühüm önəm daşıyır. Bura tədqiqat və inkişaf üçün maliyyə, po­tensialın artırılması, texnologiya transferi və iqlim dəyişikliyinə uyğunlaşmanı yax­şılaşdıran davamlı kənd təsərrüfatı təcrü­bələrinə investisiya daxildir.

Ekologiya