Xəzərdə külək potensialının ölçülməsi işlərinə başlanılıb

post-img

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və po­tensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçi­rilməsi” fəaliyyət istiqamətinə uy­ğun olaraq müəyyənləşdirilən əra­zilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən aldığımız məlumata əsasən, bu istiqamətdə ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd “LiDAR” (Light Detection and Ranging) qurğusu gə­tirilərək nəzərdə tutulan ərazidə quraşdırı­lıb. Qurğu lazer şüalarından istifadə edərək 10 kilometr məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyənləşdirmək üçün istifadə olunur.

Məlumata görə, “LiDAR” qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 metr, 150 metr və 225 metr hündürlüklərdə küləyin sürətini ölçə­cək.

Sözügedən şirkət tərəfindən “LiDAR” qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirilib.

Son xəbərlər