İordaniya səfiri ilə COP29-a hazırlıq müzakirə edilib

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu sessi­yasına (COP29) hazırlıq tədbirləri ətrafın­da fikir mübadiləsi aparılıb. Görüş zamanı, eyni zamanda, iki ölkə arasında ətraf mühi­tin mühafizəsi sahəsində gələcək əməkdaş­lıq imkanları müzakirə edilib.

Son xəbərlər