İnnovasiyanın təkmilləşdirilməsi prioritet istiqamətdir

post-img

“Azərbaycan bu gün enerji sektorunda transformasiya həyata keçir­məyə çalışır”. “The Guardian” nəşrinin ətraf mühit üzrə şöbəsinin redak­toru Fiona Harvinin qəzetdə dərc olunan məqaləsi bu sözlərlə başlayır. Müəllif yazıda ölkəmizin enerji sektorunda, həmçinin neftdən asılı olan digər ölkələrin iqtisadiyyatlarında tezliklə transformasiya həyata keçi­riləcəyinə ümid bəslədiyini diqqətə çatdırır.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyasının (COP29) neft hasil edən ölkədə keçirilməsi qeyri-adi deyil. Ötənilki ev sahibi dünyanın yed­dinci ən böyük qaz ehtiyatına malik Bir­ləşmiş Ərəb Əmirlikləri idi. Bundan əvvəl isə müxtəlif vaxtlarda bir çox digər qalıq yanacaq istehsal edən ölkələr (Böyük Bri­taniya, Qətər, Kanada və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının hazırlanması zamanı Braziliya) COP-a evsahibliyi ediblər”,-deyə F.Harvi vurğu­layıb.

“The Guardian” nəşrinin əməkdaşı məqalədə bildirib ki,Azərbaycan hökuməti qlobal temperatur artımını 1,5°C səviyyə­sində məhdudlaşdırmağa çalışması onun neft və qaz ixracatçısı olması ilə heç bir ziddiyyət təşkil etmir. “Düşünmürəm ki, neft hasilatı və istifadəsi ilə bağlı məzəm­mət etmək yaxşı fikirdir. Bəli, biz neft-qaz ölkəsiyik, bu, bizim tariximizdir. Amma biz çox şey edirik. Biz yeni paradiqmaya sadiqik və güclü istəyimiz var”, - müəllif məqalədə COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin sözlərini sitat gətirib.

N.Arpadarai vurğulayıb ki, neft və qaz hasil edən ölkələrin iştirakı olmadan iqlim böhranı ilə mübarizədə irəliləyiş mümkün deyil: “Bizə həmrəylik lazımdır. Bütün ölkələr birlikdə iqlim üzrə gündəliyin hə­yata keçirilməsinə çalışmalıdırlar”.

F.Harvi daha sonra xatırladıb ki, ötən ay Azərbaycan iqlim böhranından əziyyət çəkən inkişaf etməkdə olan ölkələr üçün fond yaratmağı təklif edib və ümid edib ki, digər ölkələr də bu fonda vəsait ayıracaqlar: “COP29-da əsas məsələ tullantıları azalt­maq və s. olacaq. Bunlar üçün ildə trilyon­larla dollar tələb olunacaq. Lakin indiyədək zəngin inkişaf etmiş dünya hər il 100 mil­yard dollar verməklə bağlı uzunmüddətli öhdəliyini çətinliklə yerinə yetirib”.

Ekologiya