COP29 Azərbaycan Əməliyyat Şirkətinin növbəti təlimi

post-img

COP29 Azərbaycan Əməliyyat Şirkəti dövlət qurumlarının qlobal iqlim hədəflərinə uyğunlaşması səylərinin dəstəklənməsi məqsədilə dayanıqlılıq səriştələrinin artırılması üzrə təlim proqramı reallaşdırıb.

Şirkətin mətbuat xidmətindən AZƏR­TAC-a bildiriblər ki, proqram onlayn tə­limlər və canlı infosessiya modullarından ibarət üçhəftəlik layihə çərçivəsində iyu­lun 8-dən 26-dək keçirilib.

Əməliyyat Şirkəti və xarici ekspert­lər tərəfindən reallaşdırılan intensiv təlim proqramı müxtəlif dövlət qurumlarının COP prosesi ilə yaxından tanışlığını və tədbirdə səmərəli iştirakını, eləcə də bu qurumların sahib olduğu dayanıqlılıq sə­riştələrinin artırılması üçün məlumatlılığın təmin edilməsinə yönəlib. İqlim, dayanıq­lılıq, idarəetmə və sosial sahələri əhatə edən proqram ölkənin 8 müxtəlif sektoru­nu təmsil edən dövlət qurumları üçün fərq­li sessiyalardan ibarət olub və iqlim prob­lemlərinin daha dərindən mənimsənilməsi, eləcə də effektiv cavab strategiyalarının inkişaf etdirilməsinə xidmət edib. Belə ki, nəqliyyat, enerji, iqlim və fövqəladə hal­lar, iqlim maliyyəsi və iqtisadiyyat, qida təhlükəsizliyi və kənd təsərrüfatı, səhiyyə, turizm, miqrasiya, gənclər və təhsil sek­torları daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən ümumilikdə 49 qurum təlim proqramından yararlanıb.

Proqram çərçivəsində, eyni zamanda, COP29 Təşkilat Komitəsi üçün infoses­siya görüşlərinə də start verilib. Burada iqlim fəaliyyətinin əsas istiqamətləri, COP29-un tematik günləri, COP29 Azər­baycan Sədrliyinin fəaliyyət gündəliyi və yeni təşəbbüslər toplusu kimi mövzulara toxunulub.

Dövlət qurumları üçün təlim və səriş­tələrin artırılması proqramı Azərbaycan­da ilk dəfə keçiriləcək olan COP29 iqlim konfransına dair sual yaradan mövzulara aydınlıq gətirilməsinə xidmət edib.

XQ

Ekologiya