Ekologiya üzrə yeni dövlət standartları qəbul edilib

post-img

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 14064-1:2024 “İstixana effekti yaradan qazlar – Hissə 1: İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin kəmiyyət analizi və hesabat verilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat”, ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar – Hissə 2: İstixana effekti yaradan qazların emissiyalarının azaldılmasına və ya təmizlənməsinin artırılmasına dair kəmiyyət analizi, monitorinq və hesabatla bağlı layihə səviyyəsində təlimatlarla texniki xüsusiyyətlər” və AZS ISO 14064-3:2024 “İstixana effekti yaradan qazlar – Hissə 3: İstixana effekti yaradan qazlar haqqında bəyanatların verifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan redaksiyamıza bil­dirilib ki, Azərbaycan Standartlaşdırma İnstitutu ilə Almaniyanın Metrologiya İns­titutunun (“Physikalisch-Technische Bun­desanstalt” – PTB) “Keyfiyyət infrastruk­turu üçün yaşıl transformasiya” (“Quality Infrastructure for Green Transformation” - QI4GT) adlı birgə layihəsi çərçivəsində işlənib hazırlanan dövlət standartlarının tətbiq edilməsinin əsas məqsədi təşkilat səviyyəsində istixana effekti yaradan qaz­ların inventarizasiyasının layihələndiril­məsini, hazırlanmasını, idarə edilməsini və hesabatlılıq ilə bağlı prinsip və tələbləri, emissiyaların baza xətti buraxılış səviy­yəsinin müəyyən edilməsini, monitorinqi­ni, həmçinin verifikasiya və ya validasiya prosesini, onların planlaşdırılmasını, qiy­mətləndirmə prosedurlarını müəyyənləş­dirməkdir.

Adıçəkilən dövlət standartı “Ekologi­ya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müza­kirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək standartlaşdırma üzrə nor­mativ sənədlərin Dövlət Fonduna daxil edilib.

XQ

Ekologiya