Naxçıvan Muxtar Respublikasının enerji istehsalında “yaşıl enerji”nin payı 13,5 faizə çatıb.
Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Belə ki, külək və günəş elektrik stansiyalarında istehsal olunan “yaşıl enerji”nin payı may ayında 12,7 faiz olub, iyun ayında isə bu rəqəm 13,5 faizə yüksəlib”, – deyə F. Nəcəfli bildirib.