Aranda yağmursuz, dağlarda yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçə­cək. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 14-17°, gündüz 25-30° isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq əra­zilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya