Azərbaycan rəqsləri Özbəkistanda

post-img

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalı davam edir.

Festival çərçivəsində keçirilən konsertdə Özbəkistan, Azərbay­can, Rusiya, Qazaxıstan, İspaniya, Qırğızıstan, Koreya, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrin rəqs kollektivləri çıxış ediblər. 

Özbəkistan Mədəniyyət Nazirli­yinin dəvəti ilə musiqi bayramında ölkəmiz Xalq artisti Rüfət Xəlilzadə­nin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə təmsil olunub. Ansambl “Mənim Azərbaycanım”, ”Ağ çiçəyim” və “Qaytağı” rəqslərini ifa edib. Çıxışlar tamaşaçılar tərə­findən alqışlarla qarşılanıb. 

Rüfət Xəlilzadə XQ-nin müxbi­rinə bildirib: 

– Kollektiv müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə çıxış edir. Son vaxtlarda Çində, Türkiyədə, Qətərdə konsertlərimiz olub. Bu ayın sonunda İstanbul­da, 28 May Müstəqillik Günü ilə əlaqədar isə Ankara şəhərində bö­yük solo konsert nəzərdə tutulur. Şuşada keçiriləcək “Xarıbülbül” festivalına ciddi hazırlaşırıq. Qərbi Azərbaycanda məşhur olan “Ağba­ba” yallısını bu festival üçün yeni quruluşda hazırlayırıq. Laçında da konsertlərimiz nəzərdə tutulur. Bir sözlə, işlərimiz çoxdur, çıxışları­mızı uğurla yerinə yetirəcəyimizə əminəm. 

Xatırladırıq ki, festivala dün­yanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Mədəniyyət