Rayonlarda leysan, dağlıq ərazilərdə qar yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xid­mətinin məlumatına əsasən iyunun 11-də Bakıda və Abşeron yarımada­sında əsasən yağmursuz keçəcək.

Gecə və səhər zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 17-22, gündüz 28-33° isti ola­caq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz ola­caq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tempe­raturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya