Xudatda Nizami parkı yenidən qurulub

post-img

Xudat şəhərində Nizami Gəncəvi parkı əsaslı şəkildə təmir olunub. İki hektara yaxın istirahət obyektində dahi şairin heykəli ucaldılıb, abidənin ətrafına güllər əkilib. 

Parkda 2.5 min kvadratmetr sahəyə tamet düzülüb, yaşıllıq salınıb, yeni otu­racaq qoyulub, fəvvarə və müasir işıqlandırma sis­temi quraşdırılıb. İstirahət ocağında müxtəlif idman qurğuları və uşaqlar üçün attraksionlar fəaliyyət göstərir.

Xatırladaq ki, əvvəllər parkın baxımsız vəziyyətə düş­məsi sakinlərin haqlı narazılığına səbəb olurdu. 15 İyun–Milli Qurtuluş Günü Nizami parkında geniş konsert proq­ramı olacaq. 

“Xalq qəzeti”

Sosial həyat