Lənkəranda “Avropa şəhərciyi”

post-img

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa İttifaqına daxil olan dövlətlərin (Almaniya, Belçika, İsveç, Niderland, Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Xorvatiya) ölkəmizdəki səfirlərindən və diplomatlarından ibarət nümayəndə heyəti “Avropa şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər ediblər. 

Qonaqlar maraqlı tədbirlərdə işti­rak ediblər. İcra hakimiyyətinin başçı­sı Taleh Qaraşov görüş zamanı deyib ki, belə tədbirlər Aİ-ni və üzv ölkələrin mədəniyyətlərini, dəyərlərini tanımağa, öyrənməyə imkan verir. Sonra o, rayon haqqında, onun turizm potensialı barə­də diplomatlara məlumat verib.

Aİ səfiri Peter Mixalko qeyd edib ki, təşkilat regionun inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Aİ və Azərbay­can arasında təhsil sahəsində uğurlu əməkdaşlıq da bu sıradandır. 

LDU-da, muzeylərdə keçirilən gö­rüşlər də maraqlı olub. 

 

Hazırladı:
Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət