Röya Həsənin sənətdə “İz”i

post-img

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və “Arts Council Azerbaijan” QHT-nin təşkilati dəstəyi ilə “Q Gallery” qalereyasında rəssam Röya Həsənin “İz” adlı fərdi sərgisi açılıb. 27 əsərdən ibarət sərgi Azərbaycanın mədəni irsində və tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunub.

Açılışda çıxış edənlər rəssamın ya­radıcılıq xüsusiyyətlərindən danışıb, portret janrına üstünlük verdiyini vurğu­layıb, ona yeni uğurlar arzulayıblar.

Qeyd edək ki, Röya Həsən ADMİU-nun təsviri sənət kafedrası­nın müəllimi, Azərbaycan Rəssamlar İttifaqının, “Arts Council Azerbaijan” təşkilatının üzvüdür. O, Türkiyə, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Lüksemburq, Rusiya, Çexiya, Gürcüs­tanda təşkil olunan sərgi və simpozium­larda Azərbaycanı təmsil edib.

Hazırladı: 
Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət