“Sən yadıma düşəndə”

post-img

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) unudulmaz bəstəkar, Xalq artisti Elza İbrahimovanın 85 illiyinə həsr edilmiş “Sən yadıma düşəndə” adlı kitabın təqdimat mərasimi keçirilib. ABİ-nin dəstəyi ilə ərsəyə gələn kitabın müəllifi Zəhra İbrahimovadır (Ələkbərova). 

Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə, sənətşünaslar Leyla Zöhrabova, Ülkər Talıbzadə və Aytən Babayeva mahnıları ilə ölməzlik qa­zanan bəstəkarın bənzərsiz istedadı, həmişəyaşar sənəti barədə dəyərli fi­kirlər söyləyiblər. Milli Məclisin deputatı Hikmət Babaoğlu bir musiqisevər kimi E.İbrahimovaya sevgi-sayğısını ifadə edib. 

Sonra bədii hissə olub və Elza İb­rahimovanın mahnıları ifa edilib. Bəstə­karın qardaşı Çingiz İbrahimov ailəsi adından Bəstəkarlar İttifaqına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Hazırladı: 
Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət