Axtarış sistemində yeni model

post-img

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda veb-səhifələrin ranqlaşdırılması üçün qraf neyron şəbəkəsinə əsaslanan model hazırlanıb.

Qeyd edilir ki, ranqlaşdırma axta­rış sistemlərinin va­cib tərkib hissəsidir. Veb-səhifələrin ranq­laşdırılması üçün TF-IDF, HITS (Hyperlink Induced Topic Search) və BM25 alqoritmləri geniş istifadə olunur. Problemin formalaşdı­rılması üçün kontentin əlamətlərinin və sürətli ranqlaşdırma im­kanlarının nəzərə alınması vacibdir. Bu sahədə yeni bir istiqamət olan qraf neyron şəbəkələrindən 2017-ci ildən geniş istifadə edil­məyə başlanılıb.

Mütəxəssislər hesab edirlər ki, təklif olunan metodun inter­net mühitində mövcud olan axtarış sistemlərində qraf neyron şəbəkələrindən istifadənin əməliyyatın keyfiyyətinin artırılması baxımından əhəmiyyəti böyükdür. 

“Xalq qəzeti”

Son xəbərlər