Əhməd əş-Şara Londona səfər edib

post-img

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Qərb hökumətləri ilə münasibətlər qurmağı bacarıb və ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir neçə xarici ölkəyə səfər edib. Bu barədə “Euronews” yazıb. 

Əş-Şara Dauninq küçəsində Britaniya Baş naziri Kir Starmerlə danışıqlar zamanı İranla müharibəni müzakirə edib. Bu, onun 2024-cü ildə Bəşər Əsədin devrilməsindən sonra Londona ilk səfəridir.

Britaniya hökumətinin sözçüsü bildirib ki, liderlər “Hörmüz boğazının uzun müddət bağlanmasının ciddi iqtisadi təsirini nəzərə alaraq, onun yenidən açılması üçün uyğun plan hazırlamaq ehtiyacını müzakirə ediblər və naviqasiya azadlığını bərpa etmək üçün digər ölkələrlə işləmək barədə razılığa gəliblər”.

Sözçünün sözlərinə görə, Starmer “Suriya hökumətinin İŞİD-ə qarşı hərəkətlərini alqışlayıb” və “terrorizmə qarşı mübarizədə irəliləyiş” olduğunu qeyd edib.

Baş nazir həmçinin, “qanunsuz miqrantları geri qaytarmaq, sərhədləri qorumaq və insan qaçaqmalçılığı şəbəkələri ilə mübarizə aparmaq” üçün Dəməşqlə daha sıx əməkdaşlığa çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya