ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin “çox tezliklə” bildirib və iki-üç həftəlik müddətdə başa çatacağını bildirib. Ağ Ev başçısı “İranla bağlı vacib məlumatlar vermək” üçün xalqa müraciət edəcəyini açıqlayıb.
Məlumatı “Euronews” verib.
Trampın sözlərinə görə, ABŞ “işə başlamaq üçün bəlkə iki həftə, bəlkə də bir neçə gün daha çox müddət ərzində münaqişəyə son qoymaq niyyətindədir. Amma biz onların sahib olduğu hər şeyi məhv etmək istəyirik”. O, vurğulayıb ki, Amerika qüvvələri regionu yalnız “uzun müddət üçün Daş dövrünə qərq olduqlarını və nüvə silahı icad edə bilməyəcəklərini” hiss etdikdə tərk edəcək.
Tramp əlavə edib ki, İranla saziş bağlamaq prinsip məsələsi deyil: “Saziş bağlasaq da, bağlamasaq da, fərqi yoxdur”.
O qeyd edib ki, qarşıdakı həftələrdə razılaşma ehtimalını nəzərə alır, amma əks halda ABŞ bir neçə körpünü partladacaq: “Biz bir neçə yaxşı körpü nəzərdə tuturuq”.
O vurğulayıb ki, əgər iranlılar “danışıqlar masasına otursalar, bu, yaxşı olar”.
P.ƏMİRCANOV
XQ

