Omdurmanda Sudan ordusuna məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub. Bu barədə fevralın 26-da Sudanın Səhiyyə Nazirliyinə istinadən “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Təyyarənin qəzaya uğramasının səbəbinin texniki nasazlıq olduğu bildirilir. Təyyarə yerli aviabazadan qalxdıqdan dərhal sonra yaşayış məntəqəsinə düşüb. Şimali Omdurman sakinləri yaxınlıqdakı ərazilərdə elektrik enerjisi ilə müşayiət olunan güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Qəzanın qurbanları arasında ekipaj üzvləri, Sudan hərbçiləri və yaşayış binasında olan mülki şəxslər var. Hazırda xilasedicilər hadisə yerində dağıntıların təmizlənməsini davam etdirirlər.
P.ƏMİRCANOV
XQ