Ohayoda atışma: iki nəfər ölüb

post-img

Ohayo ştatının Lankaster şəhərində atışma olub. Nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb. NBC bu barədə fevralın 26-da yerli polisə istinadən məlumat yayıb.

Atışmanın fevralın 25-i axşam saatlarında baş verdiyi bildirilir. Hücum yerində güllə yarası olan kişi və qadın cəsədləri tapılıb. Onlar xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi açıqlanmayıb.

Atəş açan 26 yaşlı gənc hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. Bunun üçün onlar silahdan istifadə etməli olublar. Şübhəli xəstəxanadadır.

İstintaq tədbirləri davam etdirilir, polis hadisənin baş vermə şəraitini müəyyən etmək üçün şahidləri dindirir.

 

P.ƏMİRCANOV

XQ

Dünya