İslamabad küçələrindən birinə Ərdoğanın adı veriləcək

post-img

Pakistanın paytaxtı İslamabadda F-8 qovşağı da daxil olmaqla, avtomobil yollarının ən işlək hissələrindən birinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı veriləcək. Məlumatı “Anadolu” verib. 

Türkiyə liderinin Pakistan paytaxtına səfəri davam edir.

Dövlət başçısı artıq Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb və birgə mətbuat konfransı keçirib.

Səfərin proqramına Türkiyə-Pakistan işçi forumunda iştirak da daxildir.

 

P.ƏMİRCANOV

XQ

Dünya