Moldova Avropa İttifaqına üzvlüklə bağlı referenduma hazırlaşır

post-img

Moldova vətəndaşları mühüm səsverməyə hazırlaşır. Bazar günü ölkədə dövlətin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum və prezident seçkiləri keçiriləcək. Məlumatı “Euronews” verib. 

Artıq ölkə üzrə təxminən 5,6 milyon seçki bülleteni çap edilib. İlk dəfə olaraq, onlar təkcə rumın dilində deyil, həm də beş etnik azlığın dilində: rus, ukrayna, qaqauz, bolqar və qaraçı dillərində olacaq.

Referendumun nəticələri Avropa Birliyinə daxil olmağın konstitusiya məqsədinə çevrilib-çevrilməməsini müəyyən edəcək. Müşahidəçilərin fikrincə, müsbət cavab ölkənin qərbyönlü rəhbərliyi ilə şərqdəki Moskvayönlü separatçı Dnestryanı bölgə arasında daha da gərginliyə səbəb ola bilər.

Prezidentlik yarışında, sorğulara görə, lider Avropa İttifaqına üzvlük tərəfdarı olan hazırkı dövlət başçısı Maya Sandudur. Sandudan başqa bu post uğrunda daha on namizəd mübarizə aparır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya