Bakıda “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans keçirilir

post-img

Oktyabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirəcək. “Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçiriləcək panellərdə iştirakçılar tərəfindən cari mövzularla bağlı çıxışlar ediləcək.





Sosial həyat