Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib

post-img

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat iclasında iştirak edib. Bu barədə Kremlin mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

“Terrorizmlə mübarizə məsələləri müzakirə edilib”, - məlumatda deyilir.

Kremlin mətbuat xidməti əlavə edib ki, dövlət başçısı görüş zamanı Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun hesabatını dinləyib. Digər təfərrüatlar barədə məlumat verilmir.

Rusiya lideri mütəmadi olaraq Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlər keçirir. Bir qayda olaraq, belə tədbirlər cümə günləri olur.

Avqustun 7-də Putin hökumət üzvləri ilə görüş keçirib, əsas mövzularından biri Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumu olub. Avqustun 6-da səhər saatlarında Ukrayna silahlı qüvvələri sərhədi keçib, regionun sərhədyanı rayonlarında döyüşlər bu gün də davam edir.

Görüş zamanı prezident Rusiyanın tərkibinə daxil olan qurumların rəhbərlərini Kursk vilayətinə yardımın göstərilməsində iştirak etməyə çağırıb. Bundan əlavə, dövlət başçısı rayonda operativ qərargah yaradılması barədə göstəriş verib.

S.ELAY

XQ

Dünya