Pakistanda son 48 saat ərzində yağış və daşqınlar 40-a yaxın adamın həyatına son qoyub

post-img

Son 48 saat ərzində Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü musson yağışları və daşqınlar, həmçinin torpaq sürüşmələri nəticəsində 40-a yaxın adam həlak olub, 15-dən çox insan müxtəlif dərəcədə xəsarət alıb. 

Xayber-Paxtunxva əyalətində evlər dağılıb və ya ciddi zədələnib, körpülər yararsız hala düşüb. 

Güclü yağış və daşqınlar Pəncab əyalətinin mərkəzi Lahor şəhərində də ciddi fəsadlar törədib, həyatı iflic vəziyyətinə salıb. 

Sinoptiklərin yaydığı məlumata görə Lahor şəhərində son 44 ilin ən güclü yağışları düşüb. Şəhərin Tajpura məhəlləsində evləri, yolları və xəstəxanaları su basıb. Avqustun 1-də 3 saat ərzində şəhərə 350 millimetr yağış düşüb ki, bu da aylıq normaya bərabərdir.

Pakistanın Meteorologiya Departamenti avqustun 2-dən 6-dək ölkə ərazisində daha güclü sel və daşqınların olacağı haqqında əhalini xəbərdar edib.   

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

İslamabad

 

 

 



Dünya