Süni intellekt inkişaf etdikcə onun yaradıcılıq yönləri və bədii potensialı da artır. Onlardan biri də musiqi bəstəçiliyidir. Süni zəkanın həyatımıza gətirdiyi ən son yenilik alqoritmlərdən istifadə edərək musiqi bəstələməkdir.
“Süni” musiqinin hələ böyük klassiklərin əsərləri ilə müqayisə etmək olmasa da, alqoritmlər artıq uğurlu nəticələr əldə etməyi bacarıb. Beləliklə, süni musiqi əsərlərinin bəstələnməsi və musiqi albomlarının yazılmasına artıq başlanılıb. “IAMAI” albomu elektron bəstəkar tərəfindən yazdığı musiqidən ibarətdir. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, amma uğurlu başlanğıcdır.
2024-cü ildə təqdim olunan süni zəka modeli “Stable Audio 2.0-I” isə irəliyə doğru atılmış daha bir addımdır. Bu neyroşəbəkə 3 dəqiqə davam edən tam treklər yarada bilir. Yeni şəbəkə digər oxşar süni zəka modellərindən də fərqlənir. O, tam strukturlu kompozisiyalar yaradır – giriş, inkişaf və sonluq. Eyni zamanda, stereo effektlər dəstəklənir və seçmə tezliyi 44,1 kHz-ə çatır. Neyroşəbəkə ətrafdakı səsləri, məsələn, izdiham gurultusunu və ya klaviatura tıqqıltıları da ifa edir.
Bir il əvvəl isə Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) hər kəsə musiqi əsərlərini öz seçiminə uyğunlaşdırmağa imkan verən neyroşəbəkə yaratdığını elan etmişdi. Bu şəbəkədən yararlanmaqla insan səs, jest və hətta üz ifadələrindən istifadə etməklə musiqiyə “dirijorluq” da edə bilir.
PÜNHAN
XQ