Texas sakini Ramiro Qonzales 2001-ci ildə törətdiyi qətlə görə iynə vurularaq edam edilib. Bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, 2006-cı ildə Qonzales 18 yaşlı qıza qarşı cinsi təcavüzdə və onu öldürməkdə təqsirli bilinib.
Məhkumun vəkilləri ölüm hökmünün ləğvində israrla dəfələrlə Ali Məhkəmədə vəsatətlər qaldırıblar. Müdafiə tərəfinin arqumentləri arasında Ramiro Qonzalesin artıq cəmiyyət üçün təhlükə yaratmaması olub. Hüquqşünaslar onun “xristian inancına sadiqliyini”, “başqalarının xeyrinə xidmət etməyə” hazır olduğunu və anonim böyrək donoru olmaq arzusunu qeyd ediblər. Lakin ABŞ Ali Məhkəməsi bütün bu iddiaları qəbul etməyib.
Qonzales 2024-cü ildə ABŞ-da edam edilən səkkizinci məhbus olub.
S.ELAY
XQ